Hollivud aktyoru ağzındakı peçenyəni nəhəng ayıya verdi

  • 06.11.2019
  • 0

Hollivudun məşhur aktyoru Ceyson Mamoa təhlükəli fəndi ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, çəkildiyi “Bax” serialı üçün ayı ilə döyüş səhnəsindən əvvəl Mamoa üç metrlik nəhəng ayıya “Oreo”nu ağzından yeməyə icazə verib.

Momoa “Apple Music Beats” şousundakı reportaj zamanı ayı ilə təcrübəsindən bəhs edib.

“Ayı ilə mübarizə aparmaq üçün çox məşq etməli idim. Doqquz metr hündürlükdə olan Kodiak ayısı idi. İnanın, çox diqqətlə baxacaqsınız”, – deyə Mamoa verilişin aparıcısı Culia Adenuqaya proqram əsnasında bildirib.

Nə düşünürsən?