Bakıda gərgin gecə: Qəza törədən sürücü jurnalistlərə hücum çəkdi

  • 06.11.2019
  • 0

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, qəza Dövlət Statistika Komitəsinin qarşısında qeydə alınıb.

İnşaatçllar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "AzSamand" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Hyundai" fırlanaraq əks yolda səkiyə çıxıb. 

Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

"Hyundai" markalı avtomobilin sürücüsü çəkiliş qrupumuzun işinə mane olmağa çalışıb

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?