"Azəriqaz"da bundan sonra bütün müraciətlər ciddi araşdırılacaq

  • 05.11.2019
  • 0

''Ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə çatıb və abonentlərin sayı 2 milyon 300 mindir. Bu rəqəm qarşıdakı illərdə daha da artacaq''.



Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.



Ruslan Əliyev qeyd edib ki, əhalinin qazla təchizatında problem yaşanmaması üçün ciddi tədbirlər görülür. Baş direktorun sözlərinə görə, qurum qış mövsümünə ciddi hazırlıq görüb.



Ruslan Əliyev qış aylarında qazın təzyiqnin aşağı olması ilə bağlı iddialara, "Azəristilik təchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcuna da münasibət bildirib.



O söz verib ki, bundan sonra vətəndaşların quruma olan bütün müraciətləri ciddi, diqqətlə araşdırılacaq və problemlər aradan qaldırılacaq. Vətəndaş məmnuniyyəti qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Nə düşünürsən?