Ağdaşda xırdabuynuzlu heyvanlar kütləvi tələf olur

  • 05.11.2019
  • 0

Ağdaşda fərdi təsərrüfatlardan birində qoyunlar arasında kütləvi tələfat qeydə alınıb. "Serum" vurulan 80 baş heyvandan 10 başının halı pisləşib. Onlardan bir neçəsi tələf olub.

Xezerxeber.az-ın məlumatına görə, xırdabuynuzlu heyvanların tələfatı Ağdaşın Hapıtlı kəndində qeydə alınıb.

Kənd sakini Əliyev Tahir İbrahim oğlunun sahə baytar həkiminə müraciəti əsasında onun 80 baş xırdabuynuzlu heyvanına infeksion pasterellyoz xəstəliyinə qarşı "serum" vurulub. Amma heyvanlardan 10-nun halı qəflətən pisləşib və onlardan 5-i ölüb.

Hadisə barədə kənd baytarlıq sahə həkimi bildirib ki, vətəndaşın bütün xırdabuynuzlu heyvanları müayinə edilib, vaksindən sonra vəziyyəti ağırlaşan qoyunların müalicəsi davam etdirilir. Hazırda həkimlər tərəfindən digər heyvanların ölməməsi üçün təcili tədbirlər görülür. Hadisənin yerində müayinəsi üçün rayon baytarlıq idarəsinin həkimi də ərazidə olub.

Sahə həkimin sözlərinə görə, ölən heyvandan müayinə üçün nümunələr götürülərək paytaxta, Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Hazırda heyvanların ölümünün dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, təsərrüfat sahibinin bu ilin mart ayında da 17 baş xırdabuynuzlu heyvanının öldüyü bildirilir.

Nə düşünürsən?