Məktəbəhazırlıq qruplarında dərslik çatışmazlığı yaşanır

  • 05.11.2019
  • 0

Azərbaycanın bölgələrindəki təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslik çatışmazlığı mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, bir dərslikdən bir qrupa bir neçə ədəd verilib ki, bu da uşaq sayına görə olduqca azdır.

Məsələn, Tovuz, Qazax, Ağstafada məktəbəqədər tədris qruplarında vəsait çatışmazlığı yaşanır.

Dərslik çatışmazlığı problemindən Tovuz Rayon Təhsil Şöbəsi də xəbərdardır. Təhsil şöbəsi mövcud problemi məktəbəhazırlıq qruplarına qəbulla bağlı elektron qeydiyyatın oktyabr ayında başa çatması ilə əlaqələndirir.

Cəlilabad rayonunda da məktəbəhazırlıq qruplarında "Məktəbə hazırlaşırıq " adlı dərsliyin birinci hissəsi şagirdlərə paylanılsa da, bəzi şagirdlərə dərslik çatmayıb.Bu vəziyyət demək olar ki, rayonun bütün məktəblərində mövcuddur. Odur ki, məktəblərdə bir neçə şagird dərsə kitabsız gəlməli olur.

Bu il Cəlilabad Rayon Təhsil Şöbəsindən 2027 dərslik sifariş verilsə də, qeydiyyatdan keçən şagirdlərin sayı 2317 nəfər olub.Bu rayonda da kitab çatışmazlığı elektron qeydiyyata görə yaranıb.

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildiriblər ki, qısa vaxt ərzində problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?