Şok! İlbizlər yüzlərlə insanı öldürür

  • 05.11.2019
  • 0

Yer kürəsi müxtəlif yırtıcı heyvanlarla zəngindir. Lakin bu gün haqqında danışacağımız canlı bütün yırtıcı heyvanlardan təhlükəlidir. şəxsi təhlükəsizliyimiz naminə bu canlıya daha çox diqqət ayırmaq lazımdır.

Statistika elə bir elmdir ki, onunla mübahisə etmək lüzumsuzdur.

Məsələr, rəsmi rəqəmlərə görə il ərzində cəmi 10 insan akulaların qurbanı olur. Qorxu filmlərində insanların kabusuna çevrilən,  bu yırtıcı sən demə elə də təhlükəli deyilmiş.

Şirlərin hücumundan isə ildə 250 insan dünyasını dəyişir.

Amma timsahlar akulalar və şirlərə nisbətən daha təhlükəli hesab edilir. Rəsmi rəqəmlərə görə, ildə 1000-dən çox insan timsahların qurbanına çevrilir.

Qəribə səslənsədə nəzərinizə çatdırım ki, bu yırtıçılardan qat-qat təhlükəli ilk baxışdan çox zərərsiz görünən ilbizlərdir. Statistika sizi şoka salacaq. İlbizlər ildə 200.000-dən çox insanın qatilinə çevrilir.

Bu necə ola bilər.. Əminəm ki indi o sualı verirsiniz.  Bu dəhşətli rəqəmin əsaslandırılmış bir izahı var.

İlbizlər çox təhlükəli Şistasoma parazitinin daşıyıcılarıdır. Ölüm göstəricisinə görə, şistasoma malyariya kimi bir pataloqiya ilə müqayisə edilə bilər. Şistasomanın hərəkət və inkişaf tsikli suda baş verir. Su ilə təmas zamanı son mərhələdə molyusk və ilbizlər sirkariy adlı parazitə yoluxur və bu yoluxma rahat şəkildə insan dərisinə keçə bilir. Şistasomanın ilkin əlamətləri dəridə qaşınma, qızdırma və quru öskürəkdir. Parazit daxili orqanlardan ilk olaraq ciyərlərə zərər vurur. Lakin xəstəlik ilkin mərhələdə ölümcül sayılmır. Düzgün diaqnoz və vaxtında müdaxilə insanı tam sağlam həyata qaytara bilir.

Ümumdünya səhiyyə təşkilatının rəsmi məlumatına görə, bu günədək dünyada 74 ölkədən 270 milyon insan şistasomaya yoluxub.  Hazırki vəziyyətdə isə 700 milyondan çox insan şistasomaya yoluxa bilər..Buna səbəb bu insanların şistasomanın mövcud olduğu su hövzələri sahillərində yaşamalarıdır. Risk altında əsasən dünyada səfalətin və çirkli ekologiyanın tüğyan etdiyi regionlardır. Bu regionlara turist səfərərinin olduğunu nəzərə alsaq rəqəmin daha da təhlükəli hal aldığını görürük.. Şistasoma yoluxmuş su ilə təmas, insana təhlükəli parazitin keçməsinə səbəb ola bilir. 

Sevindirici məqamı diqqətinizə çatdırım ki, ölkəmiz üçün bu təhlükə yoxdur. Ona görə də, həyətdə,bağ evində və ya meşədə ilbiz görsəniz qorxuya düşməyin. Şistasom daha çox Cənub-Şərqi Asiya ölkələrinə xasdır. Lakin yolunuz həmin ölkələrə düşsə diqqətli omaqda fayda var.

Nə düşünürsən?