Rafael Cəbrayılov məhkəməsinə gəlmədi

  • 05.11.2019
  • 0

Bu gün Abşeron rayon Məhkəməsində sabiq deputat Rafael Cəbrayılovun məcburi gətirilməsi ilə bağlı icraçı İlyas Həsənovun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

APA TV-nin xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə nə icraçı İlyas Həsənov, nə də Rafael Cəbrayılov gəlib. Prosesdə yalnız zərərçəkən Məlahət Qurbanovanın nümayəndəsi iştirak edib.

Məhkəmə prosesi noyabrın 15-ə qədər təxirə salıb.

Xatırladaq ki, R.Cəbrayılov zərərçəkən M.Qurbanovaya 370 min manat borcu var.

Nə düşünürsən?