Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

  • 05.11.2019
  • 0

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb.


Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu  idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni  istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomabilə çırpılıb.


Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırmalara başlanılıb.

Nə düşünürsən?