Yunanıstanda miqrantlarla dolu TIR saxlanılıb

  • 05.11.2019
  • 0

Noyabrın 4-də Yunanıstanın şimalında, polis 41 miqrantın olduğu TIR dayandırıb. FaktXeber.com-un RT-yə istinadla verdiyi məlumata görə, sürücü saxlanılıb.

Bildirilir ki, müxtəlif mənbələrə əsasən 7-15 "sərnişin" xəstəxanaya aparılıb.

Yunan polisi yük maşınının yoluna davam edəcəyi təqdirdə mənzil başına  hamının salamat çatma ehtimalının olmadığını vurğulayıb: “Miqrantların hamısı 20-30 yaş arasındadır. Onların yarısına yaxını tənəffüs problemləri və zəiflik səbəbi ilə Ksanti Xəstəxanasına köçürülüb. Konteyner demək olar ki, havasız idi və yük maşını hərəkətə davam etsəydi, hamı sağ çıxmazdı".

Yerli mediaya görə, sürücü gürcüdür, miqrantların əksəriyyəti isə Əfqanıstandandır.

Nə düşünürsən?