Şəbnəm Tovuzlu Türkiyənin ən məşhur telekanalında

  • 05.11.2019
  • 0

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur müğənnisi Şəbnəm Tovuzlu Türkiyədə konsert verib.

BiG.AZ xəbər verir ki, müğənni konsertdən sonra Türkiyənin tanınmış telekanlı "Show Tv" -də qonaq olub. Konsertdən olduqca məmnun qalan ifaçı Özgü Ulusoyun aparıcılığı ilə yayımlanan “Hayat güzeldir” verilişində türkiyəli fanatlarından da söz açıb:

"Mahnılarım Türkiyədə sevildi. Çünki "Taksimdə bir bəy yaxınlaşdı ki, sən Şəbnəm Tovuzlusan? Sənə xəstəyəm. Elə bildim ki, özü mənim xəstəmdir. Dedim ki, sağ ol, təşəkkür edirəm. Dedi ki, çox gözəl mahnıdır. Mən mahnının xəstəsiyəm. Onun da xəstəsiyəm, sənin də... Bütün Türkiyə tanımasa da, sevənlərim var."

Nə düşünürsən?