İran səfirliyinə hücum: Xeyli sayda ölən var

  • 05.11.2019
  • 0

İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib.

Oxu24.com -un  “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si güc strukturlarının əməkdaşlarıdır.

Məlumata görə, nümayişçilər İran bayrağını İraqın dövlət bayrağı ilə əvəzləyiblər.

Nə düşünürsən?