Bərdədə baş verən zəncirvari qəzada 7 nəfər xəsarət alıb

  • 04.11.2019
  • 0

Bərdə rayonunda başa verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı Bərdə rayon sakinləri - 1958-ci il təvəllüdlü Kamal Cabbarov, 1989-cu il təvəllüdlü Qasımov Vasif Vahid oğlu, 1980-ci il təvəllüdlü Süleymanov Saleh İslam oğlu, 1987-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu, 1967-ci il təvəllüdlü Atakişiyeva İradə Afil qızı, 2014-cü il təvəllüdlü Atakişiyeva Aysun Qərib qızı, 1986-cı il təvəllüdlü Atakişiyev Qərib Həsən oğlu xəsarət alıblar.

Qeyd edək ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Küçə ərazisində üç minik avtomobili toqquşub. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Nə düşünürsən?