Kadırovun əmisi oğlu işgəncələrə görə üzr istəyib

  • 04.11.2019
  • 0

Qroznı şəhərinin keçmiş meri İslam Kadırov Çeçenistan paytaxtının başçısı kimi etdiyi hərəkətlərə görə üzr istəyib. Söhbət yerli sakinlərlə ünsiyyət qurarkən elektroşoker istifadəsindən gedir.

FaktXeber.com-un verdiyi məlumata görə, Ramzan Kadırovun yaxın qohumu olan İslam Kadırov bu barədə ÇGTRK "Qroznı"nın jurnalisti Çingiz Əhmədovla ünsiyyətdə açıqlama verib.

"Bəhanəm yoxdur, 100 faiz günahkaram" deyə o bəyan edib. Eyni zamanda, o, yalnız "dələduzların qurbanı olmuş insanlara kömək etmək istədiyini" vurğulayıb. Bununla belə, o cəzasına razı olduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl Çeçenistanda İslam Kadırovun fırıldaqçılıqda şübhəli bildiyi və kommunal mənzilin pulunu ödəməyən insanlara necə işgəncə verdiyi və hədələdiyini əks etdirən video nümayiş olunmuşdu.

Nə düşünürsən?