Honkonqda siyasi mübahisə kişini qulaqsız qoydu

  • 04.11.2019
  • 0

Honkonqda naməlum şəxs bıçaqla etiraz aksiyasının iştirakçılarına hücum edib.

“Euronews” xəbər verir ki, “Siti plaza” ticarət mərkəzinin yaxınlığında baş verib.

Naməlum şəxs aksiyaçılarla siyasi mövzüda mübahisə edib. Mübahisə dava ilə nəticələnib və o, bıçaqla 6 nəfəri yaralayıb.

Xəstəxanaya yerlədirilən 7 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Xəsarət alanlar arasında rayon şurasının deputatı da var - cinayətkar onun qulağını dişləyib.

Polis hadisə yerinə çatmamışdan əvvəl cinayətkar etirazçılar tərəfindən döyülüb.

Nə düşünürsən?