Dehlini tüstü bürüdü – Fövqəladə vəziyyət elan olundu

  • 04.11.2019
  • 0

Hindistanın şimalında havanın çirklənmə səviyyəsi "dözülməz həddə çatıb" və burada fövqəladə vəziyyət elan olunub.

BBC xəbər verir ki, paytaxt Dehli və ətraf ştatlarda bütün tikinti işləri dayandırılıb və atəşfaşanlığa qadağa qoyulub.

Məktəblər bir neçə gün işləməyəcək. Əhaliyə təcili 5 milyondan cox əleyhqaz paylanılıb.

Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival bildirib ki, paytaxt “qaz kamerasına” bənzəyir. Hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib.

Hindistanın şımalında hər il noyabrda 23 milyon tona yaxın kənd təsərrüfatı qalıqları yandırılır. Onun tüstüsü, salyutlar, tikinti tozu, zavod tullantıları qarışaraq zəhərli “smoq” yaradır.

Nə düşünürsən?