Böyürtkənin inanılmaz faydaları

  • 03.11.2019
  • 0

İnsan sağlamlığı üçün olduqca mühüm olan böyürtkəni bolluca istehlak etmək tövsiyə olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yüksək təzyiq, ağrı, babasil, badamcıq vəzisi iltihabına müsbət təsir etdiyi bildirilən böyürtkənin xərçəng və şiş hüceyrələrinin böyüməsinin qarşısnı da aldığı vurğulanır.

Böyürtkən yaralara sürtülərsə, yaranın sağalması sürətlənəcək. Qəbizliyə müsbət təsir edir, insanları tox saxladığı üçün pəhriz siyahısına salınıb. Böyürtkən yarpaqları qaynadılıb içilsə diş və diş ətlərinə, böyrəklərdəki daşların düşməsinə kömək edir.

 

Böyürtkəndən sıxılaraq əldə edilən suyu ishallarda (diareya) çox faydalıdır. Ancaq böyürtkən şirəsini saxlamaq mümkün deyil, təzə halda içmək lazımdır. Saxlansa sirkələşir. İstər təzə, istərsə də, qurudulmuş 20 qram böyürtkən yarpağı 1 litr suda qaynadılaraq ağız boşluğunun yaxalanması üçün istifadə edilən bu çay, ağızdakı yaraların aradan getməsinə fayda verir. Qurudulmuş yarpaqlarından hazırlanan sirop qana təmizləyici təsirini verir. Bu sirop öskürəyi olanlara da müsbət təsir edir. Ayaq yorğunluğunun müalicəsində böyürtkən sürgünləri və köklərini 100 qrama 1 litr su ölçüsü ilə qaynadıb ilıq vəziyyətində ayaq vannası kimi istifadə edilə bilərsiniz.

 

Böyürtkən çiçəklərinin 50 qramını bir 1 litr su ilə qaynatdıqda, əldə olunacaq bu şəfalı məlhəm əllərin gözəlliyi üçün çox yaxşı bir losyon ola bilər. Hər gün yeyilən bir ovuc böyürtkən xərçəng xəstəliyin qarşısını alır. Aparılan araşdırmalar böyürtkənin tərkibində saxladığı antioksidantların immunitet sistemini gücləndirərək xərçəng növlərinə qarşı qoruyucu təsir bəxş etdiyini ortaya çıxarmışdır.

 

Qanı duruldaraq, qanda şəkəri balanslaşdıran böyürtkən, diabet narahatlıqları olan xəstələr üçün mühüm bir şəfa mənbəyidir. Yarpaqları qaynadıldıqdan sonra əldə edilən məhlul ilə qarqara edilsə, diş əti və badamcıqlardakı iltihabların aradan getməsinə səbəb olur. Kökləri qaynadılaraq suyu içilsə, böyrək daşlarının düşməsinə kömək edir. Böyürtkənlərdən sirop və mürəbbə də edilir. Siropu sinə və tənəffüs yolları narahatlıqlarında olduqca faydalıdır. Bədəndəki zərərli maddələrin təmizlənməsinə kömək edir. Təzyiqi salır və bədəni gücləndirir. Təzə böyürtkən sidik qovucudur və qəbizliyə müsbət təsir edir. İnsanı tox tutan bir giləmeyvə kimi, böyürtkən arıqlamaq istəyənlər üçün də tövsiyə olunur.

 

Böyürtkən mürəbbəsi belə hazırlanır:

 

Tərkib: 500 qr. böyürtkən, 3 su stəkanı şəkər tozu (530 qr), 3-4 damla limon suyu

 

Hazırlanması: Böyürtkənləri yuyun və süzün. Orta ölçülü bir qazana şəkərin yarısını tökün üzərinə böyürtkənləri yayın. Qalan şəkəri böyürtkənlərin üzərinə tökün. 1 saata qədər böyürtkənlərin suyunu buraxması üçün şəkər tozunun içində saxlayın. Sobanın orta gözünə qazanı qoyun. Orta alovda hərdənbir qarışdıraraq, 25 dəqiqə qədər bişirin. Böyürtkənlərin əzilməməsi üçün qazanı qulplarından tutub silkələmək da kifayətdir. Hazır olan mürəbbəyə limon suyunu əlavə edin. Qarışdırın və 1-2 dəqiqə də qaynadaraq sobadan götürün. Qazanda soyutduqdan sonra, şuşə qablara süzün və qapağını möhkəm bağlayın.

Nə düşünürsən?