Su hövzələri sintetik torlardan təmizlənir

  • 03.11.2019
  • 0

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Baş Şirvan kollektorunda keçirilib. 

 ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli 

Baş Şirvan kollektorunda keçirilən reyd zamanı ərazinin qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizləndiyini deyib. Toplanmış materiallar hüquq- mühafizə orqanlarına göndərilib.

 Bu cür tədbirlər bütün  su hövzələrində davam etdiriləcək. 

K. Kərimli qeyd edib ki, 

qadağan olunnuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir.  "Amma çox sevindiricidir ki, artıq  vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də  çağırışlarımıza qoşularaq  bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq. 

Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir".

Nə düşünürsən?