SOCAR: Hava şəraiti ilə əlaqədar 150 neftçi dənizdən təxliyə olunacaq

  • 02.11.2019
  • 0

Noyabrın 2-də hava şəraitinin günortadan sonra pisləşəcəyi xəbərdarlığı ilə bağlı SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.


SOCAR-dan APA TV-yə verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.


Dənizdə işləyən 150 neftçi evakuasiya ediləcək.

Nə düşünürsən?