Güclü külək gözlənilir

  • 02.11.2019
  • 0

Hava şəraiti günün 2-ci yarısından sabahadək yağmurlu olacaq

Proqnozlar Bürosunun əməkdaşı Gülçin Sadıxova REAL-ın birbaşa efirində bu barədə məlumat verib.


"Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir. Bəzi yerlərdə yağış yağır. Böyük Qafqazın bəzi rayonlarında yağış intensiv xarakter daşıyıb. Xınalıqda, Şahdağda qar yağıb. Bu gün də hal-hazırda Daşkəsəndə qarın yağması müşahidə olunur. Belə hava şəraiti ölkə ərazisində noyabrın 3-ü gündüz saatlarına kimi davam edəcək. Bu gündən sabah gündüzədək Bakıda və Abşeron yarımadasında yağmurlu hava şəraiti müşahidə olunacaq. Günün ikinci yarısından güclü şimal küləyinin əsəcəyi gözlənilir. Sabah gündüz saatlarında küləyin sürəti azalacaq. Bölgələrdə arabir yağış yağöacağı gözlənilir.Bəzi şərq rayonlarında gecə və səhər intensiv olacağı ehtimal olunur", deyə Gülçin Sadıxova bildirib.

Nə düşünürsən?