“Mersedes” və "Lada Kalina" toqquşub, 4 nəfər dünyasını dəyişib

  • 02.11.2019
  • 0

Ötən gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

APA TV-nin məlumatına görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.  “Mersedes” markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.  

Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.


İlkin araşdırmaya görə ölənlərdən 2 nəfərin şəxsiyyəti məlum olub. Onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?