"Qarabağ" - "Neftçi" oyununda hesab açılmadı

  • 02.11.2019
  • 0

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. 
İlk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi liderlə aradakı 8 xallıq fərqi azaltmaq üçün mütləq qələbə qazanmaq istəyindəydisə, Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləmişdi. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada da “Qarabağ” 2:0 üstün olmuşdu. Bu oyunda isə qapılara qol vurulmayıb.

Nə düşünürsən?