Samir Nuriyev kimdir? | Prezident Administrasiyasına yeni rəhbər təyin olundu

  • 02.11.2019
  • 0

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.


Qeyd edim ki, Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq, 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə isə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək, Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvü olan Samir Nuriyev əmək fəaliyyətinə 1996-cı ildən başlayıb.

O, 1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 24 may 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci ildə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Palmtrees 2:43 The Brothers Records Dans ve Elektronik | Mutlu

Nə düşünürsən?