7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin ediləcək

  • 01.11.2019
  • 0

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması onların yeni mənzillərlə təmin olunması istiqamətində işlər surətlə davam etdirilir.İlin sonuna kimi 6 min ailə mənzillə təmin olunacaq. Bu rəqəm gələn il üçün biraz da artırılacaq. Bunu Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev deyib.

Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlanılıb. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Artıq bu istiqamətdə işlərə start verilib.

Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramanada 1500-dən artıq ailə üçün qəsəbə salınır.

Rövşən Rzayev bu açıqlamaları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada verib.Tədbirdə bir sıra xarici qonaqlar, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Nə düşünürsən?