Ağ Ev separatçı rejim “nazir”inin Konqresdə çıxışına şərait yaratdı

  • 31.10.2019
  • 0

Xəbər verdiyimiz kimi, 2 gündür ki, ABŞ-da səfərdə olan Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin qanunsuz “xarici işlər” qurumunun rəhbəri sayılan Masis Mailyan bu gün- oktyabrın 31-də Konqresdə çıxış edib. Azərbaycan dövlətinin ABŞ-a verdiyi notaya, ölkə mediasının və xaricdəki, o cümlədən Vaşinqtondakı soydaşlarımızın etiraz tədbirlərinə rəğmən həmsədr ölkənin rəhbərliyi separatçı rejim mənsublarının qanunverici orqanın binasında tədbir keçirməsinin qarşısını alınmayıb.


Nə düşünürsən?