İlham Əliyevdən mühüm sərəncam!

  • 31.10.2019
  • 0

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıl Məhərrəm oğlu Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Bununla bağlı AZƏRTAC məlumat yayıb.


Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Qeyd edək ki, İsmayıl Vəliyev 26 aprel 2011-ci ildə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Oktyabrın 31-də onun 60 yaşı tamam olur.

Nə düşünürsən?