Azərbaycanın böyük dividend əldə edəcəyi qələbə

  • 30.10.2019
  • 0

2022-ci ildə Azərbaycan dünya kosmik gündəliyini müəyyən edəcək.Ölkəmiz daha bir beynəlxalq və əlamətdar tədbirə ev sahibliyi edəcək. Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının baş assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi nüfuzunun təzahürüdür və ona olan inamın nəticəsidir.

''Dünya kosmik gündəliyi 2022-ci ildə Azərbaycanda müəyyən ediləcək''.

Bunu Azərkosmos ASC-nin Beynəlxalq əlaqələr üzrə müşaviri Abbas Məmmədov bildirib. O, qeyd edib ki, ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün güclü rəqiblərlə mübarizə aparmalı olub. Bakı Sinqapur, Rio-de-Janeyro və Dehlinin olduğu yarışdan qalib çıxmağı bacarıb. Beynəlxalq astronavtika aləminin bu dörd şəhərdən məhz Bakını seçməsi Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbətin olduğunu göstərir. Bakının bu yarışdan qalib ayırlmasının səbəbləri bununla da bitmir.Hələ 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi böyük səyi nəticəsində bu Konqres məhz Bakıda keçirilib.. Abbas Məmmədovun sözlərinə görə, tədbir çərçivəsində azərbaycana gələcək qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir

Abbas Məmmədov qeyd edib ki, 73-cü konqresə ev sahibliyi etmək üçün bakıyanvar ayında öz namizədliyini irəli sürüb. O, Bakının namizədliyini uğurlu edən faktorlardan və qələbə yolundan da danışıb

Yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biri olan Azərbaycanda konqresdən sonrakı dövrdə yeni texnoloji inkişaf dövrü olacaq. Qeyd edək ki, hər il keçirilən konqresə 2020-ci ildə dubay və 2021-ci ildə isə paris ev sahibliyi edəcək.

Nə düşünürsən?