Bakı-Tbilisi-Qars dəmir yolu ilə 275 min ton yük daşınıb

  • 30.10.2019
  • 0

Bakı-Tbilisi-Kars dəmiryolu xəttində bəzi çatışmazlıqlar olmasına baxmayaraq işlərin əksər hisəsi görülüb.Bu barədə jurnalistlərə açıqlama verən''Azərbaycan Dəmiryolları'' Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, indiyədək dəmir yolu xətti ilə bu vaxta qədər 275 min ton yük daşınıb.


Cavid Qurbanov bu istiqamətə istifadəyə verilməsi nəzərdə tutulan sərnişin qatarlarından da danışıb. O,qeyd edib ki,xəttin keçdiyi ərazi Avropada ən hündür ərazi olduğundan,orada işləyən lokomotivlərin xüsusi qurğularla təchiz olunması vacibdir. Gürcüstanda olan lokomotivlərdə isə bu qurğular qurulmayıb.Ona görə də, Gürcüstan tərəfinə bu məsələ ilə bağlı bəzi təkliflər verilib.


Cavid Qurbanov hazırda bu təkliflər ətrafında müzakirələrin davam etdiyini deyib.

Nə düşünürsən?