Əməkdar artistin verilişə buraxılması qadağan edildi

  • 30.10.2019
  • 0

Bu gün Zaurun verilişinə gəlib, "Balamdan səni çox istəyirəm. Evim-eşiyim sənə qurban. Yoldaşım yalnız sənə baxır" deyib və başqa verilişə gedib... Heç olmasa o veriliş Zaura bərabər ola ha, yanında durmur ha, yüzlüyə düşmür o veriliş.


Bunu aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirində deyib.


Tolik söhbətin kimdən getdiyini də açıqlayıb. Aparıcı sözügedən müğənnini daha efirinə çağırmayacağını da sözlərinə əlavə edib:


"Bu gün mənim haqqım var ki, həmkarıma görə Yusif Mustafayevi daha efirimə çağırmayım. Bizdə qadağa deyilən şey yoxdur. Amma mən Zauru heç kimin ayağına vermərəm".


Xatırladaq ki, Zaur Kamal "5/5" verilişində əməkdar artist Y.Mustafayevin villasının görüntülərini yayımlamışdı. İfaçı ARB-də yayımlanan "Səhər-səhər" proqramında Zauru bu addımına görə "Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər" sözləri ilə tənqid atəşinə tutub

Nə düşünürsən?