Saxta sürücülük vəsiqəsini satan şəxslər saxlanıldı

  • 30.10.2019
  • 0

Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən Azərbaycan vətəndaşı saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş  Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib.

Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub. O, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avadanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.