16 il həbsdə yatan şəxs çıxan kimi qətl törətdi

  • 30.10.2019
  • 0

Quba Rayon Polis Şöbəsinə (RPŞ) oktyabrın 28-i axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilən kəsilmiş-deşilmiş xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini Firudin İskəndərov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb. F.İskəndərov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunub. Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.