Bakıda maşın piyada keçidini keçən şəxsi belə vurdu

  • 30.10.2019
  • 0

Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza metronun "28 May” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nə düşünürsən?