Ali Məhkəmənin qarşısında mikroavtobus yanıb

  • 12.12.2017
  • 0

Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb. Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb. Belə ki, “Ford Transit” markalı, 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Nə düşünürsən?