Həbsdə olan Fədayə Laçın azadlığa buraxılıb | Fədayə Laçın kimdir?

  • 29.10.2019
  • 0

Həbsdə olan Fədayə Laçın azadlığa buraxılıb | Fədayə Laçın kimdir?


İki ildir ki, həbsdə olan Fədayə Laçın azadlığa buraxılıb. Bəs onun kim olduğunu bilirsinizmi?


Fədayə Baris qızı Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində anadan olub. Bir dəfə ailəli olmuş, lakin həyat yoldaşı onu tərk edərək Rusiyaya getmişdir.  Onun həmin evlilikdən bir oğlu olub. Oğlunu tək böyütməyə məcbur olan Fədayə xanım həmin vaxtlardan müğənniliyə başlayıb. Ona bu sahədə mərhum muğam ustası İslam Rzayev dəstək olub. O, İslam Rzayevin tələbəsi olaraq, ifaçılıq sirlərini ondan öyrənib. Məhz İslam Rzayev onu Fədayə Laçın kimi tanıdıb.


Daha sonra müğənni həmkarı Tacir Şahmalıoğlu ilə birgə duetlər oxuyaraq populyarlıq qazanmağa başlayıb. Bir müddət onlar arasında sevgi münasibətlərinin olduğu barədə şayiələr də yayılmşdı. Maraqlıdır ki, hər iki müğənni münasibətlərini gizlətməyərək, bu haqda etiraflar etmişdilər.


Fədayə Laçın bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2015-ci ildə onun Cavanşir Quliyevin bəstələrindən ibarət albomu işıq üzü görüb. Qeyd edim ki, Fədayə Laçının bacısı İlahə Fəda da müğənnidir.


Kriminal aləmə yaxınlığı ilə məşhurlaşan müğənni 2017-ci oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndiriləndirilərək, həbs edilib.

Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgili münasibətlərində olub. Mətbuatda yayılan məlumatlara görə, Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib.


Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənninin apelyasiya şikayətinə 2019-cu ildə Bakı Apelyasiya Məhkəməsində baxılaraq, məhkəmənin qərarı ilə onun cəzası 2 ilə endirilib.


Fədayə Laçın 29 oktyabr 2019-cu ildə Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library / The Hardest Part NEW 3:48 Jeremy Blake Sinematik | Dramatik

Nə düşünürsən?