Avtomobildən külli miqdarda brilyant və dollar oğurlandı

  • 29.10.2019
  • 0

Bakıda avtomobil qarət edilib. Iki qardaş bahalı maşından 70 min manata yaxın qızıl oğurlayıblar. Onlar oğurladıqları qızıl və pulun bir qismini xərəcləyiblər. Qalanın isə polis onlardan aşkar edərək maddi sübut kimi götürüb.

Avtomobildən külli miqdarda pul və qızıl oğurlayan şəxslər tutulub.

Paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə müraciət edərək həmin gecə yaşadığı evin həyətində ona məxsus avtomobilin qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14 min manat dəyərində 65 karat brilyant qaşların, 11 min 200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10 min dollar, 3 min avro və 1500 manatının oğurlandığını bildirib.

Məlumat daxil olan kimi polis əmədaşları hadisə yerinə baxış keçiriblər. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69 min 458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət Şahbazovu saxlayaraq istintaqa təqdim ediblər.

Qeyd edək ki, Rüfət və Mürüfət Şahbazovlar barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nə düşünürsən?