Xəstə hərəkətdə olan “təcili tibbi yardım” maşınından yola düşdü - VİDEO

  • 28.10.2019
  • 0

Ukraynada xəstə kişinin “təcili tibbi yardım” maşınının arxa qapısından yol düşməsi görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 26-da saat 11.00 radələrində Dnepropetrovsk əyalətinin Novomoskovsk rayonunda baş verib.  

Kadrlarda, “təcili tibbi yardım” maşınının hərəkətdə olduğu və birdən arxa qapısı açılaraq yol bir şəxsin düşdüyü görülür. Arxadan gələn minik avtomobilinin sürücüsü yerə düşən şəxsi fərq edir və siqnal verərək səhiyyə işçilərini xəbərdar edir, özü isə yaralının köməyinə gedir.

Yerli mətbuatın yazdığına görə, şəxs sərxoş olub və ilk olaraq xəstəxanaya getməkdən imtina edib, lakin, maşına məcburi mindirilərək aparılan kişi “təcili tibbi yardım”ın arxa qapısını açaraq özünü yola atıb. Bütün baş verənlər rəğmən sərxoş kişi polis nəzarətində xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

Nə düşünürsən?