Dəhşətli qəzadan görüntü: Ata öldü,oğlu xəstəxanaya düşdü

  • 28.10.2019
  • 0

Salyanda aşan avtomobilin sürücüsü ölüb.


APA TV-nin Mil-Muğam bürosunun məlumatına görə, rayonunun Xıdırlı kəndində qeydə alınıb. 


“VAZ 2107” markalı 12 BE 937 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü - Biləsuvar rayonunun Aranlı kənd sakini,  65 yaşlı Ağamusa Ramazan oğlu Fətullayev ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 


Reanimasiyaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. 


Avtomobildə olan sürücünün oğlu - 23 yaşlı Əli Ağamusa oğlu Fətullayev isə yüngül xəsarət alıb.