İstirahət mərkəzində dincələn narkotacirlər tutuldu

  • 28.10.2019
  • 0

APA TV-nin cənub bölgəsinin məlumatına görə, polis əməliyyat nəticəsində Bakı şəhər sakini Afiq Ağazadənin idarə etdiyi “VAZ 21 07” markalı avtomobildən ona və sərnişini - Masallının Ərkivan qəsəbə sakini Əlişir Abdinova məxsus 173 qramdan artıq narkotik maddə - metamfetamin, 60 qramdan çox heroin və 420 qrama yaxın tiryək götürülüb. Əlişir Abdinov narkotiki icarə əsasında işlətdiyi Masallı rayonu Qəriblər kəndi ərazisindəki istirahət mərkəzində satıb. Həmin istirahət mərkəzinə baxış keçirilib və Əlişir Abdinova məxsus xidməti otaqdan 2 qram qurudulmuş marixuana və çətənə toxumları aşkar edilib. Bundan başqa həmin iaşə obyektində istirahət edən 2 şəxsin də narkotik alveri ilə məşğul olduğu müəyyən edilib: “Masallının Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Orucov Həmid Nizami oğlunun həmin istirahət mərkəzində müvəqqəti qaldığı 8 nömrəli otaqdan 20 ədəd kibrit qutusunda, 1 ədəd kağız və sellofan paketdə ümumilikdə 286 qrama yaxın qurudulmuş marixuana, 2 ədəd bükümdə və gümüşü rəngdə kağız bükümdə çəkisi 3 qramdan artıq metamfetamin, 46 kapsulda 7 qrama yaxın preqabalin aşkar edilərək götürülüb. Bundan başqa Cəlilabad rayon Göytəpə şəhər sakini Nağıyev Elşən Çingiz oğlu da saxlanılaraq Polis Şöbəsinə gətirilib və üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə 3 qramdan çox psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb”. Faktla bağlı cinayət işi başlanıb.

Nə düşünürsən?