Gəncədə yaşayış binasında partlayış olub

  • 28.10.2019
  • 0

Gəncədə yaşayış binasında partlayış olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da şəhərin İsaq Cəfərov küçəsindəki beşmərtəbəli yaşayış binasın 1-ci mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Ziyafət Babayevaya məxsus evdə partalayış olub. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Partlayışdan sonra yanğın baş verib. 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Xəsarət alan yoxdur. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, mənzildə qaz sızması olub.

Nə düşünürsən?