Salyanda dəhşətli qəza: Ata öldü, oğlu yaralandı

  • 27.10.2019
  • 0

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Ələt-Astara magistralında hərəkət edən "VAZ-2107” markalı avtomobil qəfil idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu və onun oğlu 1996-cı il təvəllüdlü Fətullayev Əli müxtəlif dərəcəli xəsarətlər alıb.

Ata-oğul Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ə. Fətullayev tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq A. Fətullayevin həyatını xilas etmək mümkün olmayıb, o, dünyasını dəyişib.

Nə düşünürsən?