Radikal müxalifət yenidən fəallaşıb - Ölkədə qarşıdurma yaratmaq istəyirlər

  • 27.10.2019
  • 0

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.

Hərəkatın siyasi-iqtisadi gücünün, gələcək əməkdaşlıq üçün ciddi perspektivinin olmasına, dünyanın 120 dövlətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə baxmayaraq, radikal müxalifət düşərgəsi yenə də öz ampulasındadır.

Son illər müxtəlif internet kanalları açaraq hakimiyyəti, görülən işləri tənqid edən, qarayaxma kampaniyası ilə məşğul olan bu insanlarda inkarçılıq hissi hamıdan yüksəkdir. Nəyin bahasına olursa olsun müəyyən dairələrdə Azərbaycan hakimiyyəti gözdən salınmalı, aparılan siyasi -iqtisadi islahatlara mənfi don geyindirilməlidir. İqtidarın atdığı hər bir addım birmənalı şəkildə səhv hərəkət kimi qiymətləndilir. "Özümüz nə edə bilərik" sualları isə cavabsız qalır.

Bu isə onların gələcəklə bağlı heç bir siyasi, iqtisadı, sosial konsepsiyasının- layihəsinin olmamasından xəbər verir. Bir vaxtlar neft gəlirləri ilə ölkəni qızıla bürüyəcəklərini deyənlər sadəcə hakimiyyəti tənqid etməklə məsğuldur. Onlar nə öz platformalarını açıqlayır, nədə ki, iqtidarın siyasətinə alternativ təkliflər irəli sürə bilirlər. Hər bir uğura qara eynəklə baxmaq artıq xroniki xəsətlik halını alıb.Yaxşı nədir, xalqdan mandat alanda hansı addımlar atılacaq, bu barədə bir kəlimə belə olsun danışılmır.

Əslində, bunun səbəbi çox sadədir. Edilən çoxsaylı canlı yayımlarda bu məsələlərə toxunulmaması həm də onların əhatəsində ciddi, peşəkar kadr potensiyalının yoxluğundan xəbər verir.

Elə buna görə də təbliğat proseslərində əsasən 3-4 adam iştirak edir. Bunların nəinki iqtidarda təmsil olunacaq, heç sosial şəbəkələrdə danışacaq kadrları - adamları yoxdur.

Ən qəribəsi isə odur ki, bunlar ingilis dilini bilməyi az qala ölkənin xarici siyasətinə rəhbərlik etmək bacarığı kimi qələmə verirlər. Halbuki ölkədə 10-cu sinfi bitirən uşaqlar belə ingilis dilində anlayıb danışa bilirlər. Bu o demək deyil ki, onlar diplomatdırlar.

Radikal müxalifətin bacardığı tək iş insanları itaətsizliyə çağırmaq, vətəndaşları qarşıdurmaya təşviq etməkdir. Vətəndaş itaətsizliyi isə vətəndaş müharibəsinə aparıb çıxara bilər. Dünyanın sivil cəmiyyətlərində, əslində, bu yanaşmalar qəbul olunmur.

Əslində, radikal müxalifətin bu ənənəni davam etdirəcəyi gözlənilən idi. Bu mənzərə 2012-ci ildə "Eurovision" musiqi müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunub. Bu dəfə radikal müxalif qruplar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünü hədəfə alaraq neçə gündür ki, dövlətin strateji maraqlarına xidmət edən bu mühüm beynəlxalq siyasi hadisəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Onlar məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai icma təfəkkürünə malik olmasının əyani göstəricisidir.

Təhlillər göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat yalnız Ermənistan mətbuatında həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki qütb vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər.

Yekunda bircə söz demək qalır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?