Azərbaycanda ana uşaqlarına işgəncə verib: "Mamam əlimə dağ basdı"

  • 27.10.2019
  • 0

Daşkəsəndə qadın öz övladlarına ağır xəsarətlər yetirib. 

AZXEBER.COM APA TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, 3 mərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.

Həmin ünvanda qeydiyyatda olan Elmira Pavlova azyaşlı övladları - 9 yaşlı Pavlov Hüseyn və 7 yaşlı Pavlov Əmirxana qaz sobasında qızdırdığı bıçaqla "dağ basıb”, sonra isə döyüb. "Daşkəsəndə insanlığa sığmayan hərəkət bu evdə qeydə alınıb. Ana 2 azyaşlı övladına işgəncələr verib. O, qaz sobasında bıçağı qızdıraraq övladlarını dağlayıb”.

Elmira Pavlovanın atası Saday Əlirzayev hadisənin doğruluğunu təsdiqləyib. Baba bu barədə ona nəvələrinin danışdığını deyib. Saday Əlirzayevin sözlərinə görə, qızı hadisəni törədəndən sonra qaçıb. Nəvələrini bu vəziyyətdə görən baba isə polisə müraciət edib. Hiddətlənən baba qızının cəzalandırılmasını istəyir. Qonşular da Elmira Pavlova haqqında yaxşı heç nə demədi.

Onun yüngül həyat tərzi keçirən, içkiyə meylli qadın olduğunu bildirdilər. Elmira son əməlini də evdə rəfiqəsi ilə yeyib-içdikdən sonra törədib. Üstəlik onun övladlarını tez-tez döydüyü, işgəncələr verdiyi deyilir.

"Elmira Pavlova övladlarını dəmir parçası və ağacla döyüb. Uşaqların babasının sözlərinə görə, Elmira bu ağacla övladı Əmirxanın başına vurub və ağac Əmirxanın başında sınıb”.

Azyaşlılar yaşadıqları vəhşəti APA TV-nin kamerasına danışıb. 9 yaşlı Hüseyn bildirib ki, anası onu rəfiqəsi ilə birlikdə döyüb və hədələyib ki, heç kəsə deməsin. Əmirxan isə deyir ki, rəfiqəsi onun qollarını tutub, anası da qızdırılmış bıçağı əlinə basıb.

Qadınlar uşaqları səhərə qədər eyvanda saxlayıb. Çəkilişə geniş şərait yaradan Daşkəsən polis şöbəsindən bildirildi ki, uşaqların və babanın ifadəsi alınıb. Qadınlar axtarılır.

 

Nə düşünürsən?