Prezident İlham Əliyev görüşlər keçirdi

  • 26.10.2019
  • 0

Prezident İlham Əliyev dünyanın BMT-dən sonra ən nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə sammitində iştirak edən bir sıra dövlət, hökümət başçıları ilə görüşüb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci zirvə sammitində iştirak edən bir sıra dövlət və hökümət başçıları, eləcə də müxtəlif beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdə Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Əfqanıstan dost, qardaş ölkələrdir. Azərbaycan Əfqanıstanda hərbçilərinin sayını artırıb və bu ölkədə təhlükəsizlik, sabitlik və tərəqqi rəsmi Bakı üçün önəmlidir.

Dövlət başçısı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Bosniya və Hersoqovina arasında BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq edir. Dövlət başçısı bildirib ki, əlaqələrin daha da güclənməsi yaxşı perspektivlər var. Prezident İlham Əliyeva təşəkkür edən Milorad Dodik isə bildirib ki, Azərbaycan hər zaman bu ölkəyə dəstək olub.

Dövlət başçısının Pakistanın Prezidenti Arif Alvi ilə də görüşü olub. Prezident ilham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkətına sədrliyi dövründə ikili standartlarla bağlı məsələni qaldıracaq. Hansı ki, illərdir BMT-nin Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana qarşı qəbul etdiyi qətnamələr icra olunmayıb. Prezident Dağlıq Qarabağ Məsələsindəki dəstəyə görə Pakistan prezidentinə təşəkkür edib. Pakistanın dövlət başçısı isə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ticarət əlaqələrinin genişlənməsi, eləcə də təhsil və səhiyyə sahələrində əməkdaşlığın artırılmasının önəmindən danışıb.

Prezident İlham Əliyev Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı da qəbul edib.

Dövlət başçısı BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlonu ilə də görüşərək müzakirələr aparıb.

Prezident İlham Əliyevin əlcəzairin Prezidenti Abdelkader Bensalah ilə görüşü olub.

Prezident İlham Əliyev bu gün həm də Liviyanın Baş Naziri Faiz Saracı da qəbul edib.

Prezident İlham Əliyev Sudan Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanla görüşüb.

Nə düşünürsən?