Azərbaycanda dəhşətli hadisə: ölənlər və yaralananlar var

  • 26.10.2019
  • 0

Qobustanda 2 minik avtomobili toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Minik avtomobillərinin toqquşması 2 nəfərin ölümü ilə nəticələnib.

Ağır qəza Bakı-Şamaxı-Yevlax yolunun 102-ci kilometrliyində baş verib. Hadisə nəticəsində Ağsu sakinləri - 53 yaşlı Əhmədağa Rüstəmov və 25 yaşlı Samir Rufullayev dünyasını dəyişib.

3 nəfər - Ağsu sakini, 58 yaşlı Fəridə Şıxəliyeva, həmyerlisi, 55 yaşlı Gülzar Rüstəmova və Sumqayıt sakini, 27 yaşlı Seyidağa Verdiyev isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.