Sözün sətirdən sətrə keçirilməsi | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 10

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 10. Sözün sətirdən sətrə keçirilməsi


10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təbli-lər və s.

Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda

saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və

s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə,

azad-lıq, id-dia və s.

10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər

sətirdən sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s.

10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən

sətrə keçirilmir.

10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını

(M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin

sonunda saxlamaq olmaz.

10.5. Durğu işarələri yeni sətrə keçirilmir.


Musiqi: Stranger Danger 1:53 Francis Preve Rəqs & Elektron | Dramatik

Nə düşünürsən?