Köməkçi sözlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 7

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 7. Köməkçi sözlərin yazılışı

7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say,

əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən

feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş

variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən,

gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş,

gəlmiş imiş, gəlmişdi və s.

Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk

saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər:

almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

7.2. Qoşmalar iki cür yazılır:

7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları

sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.;

7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün)

aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü,

sənin təki, şagird üçün və s.

 Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa

uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə

və s.

2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik

yazılır.

7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki,

habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki

və s.

7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki,

buna görə, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki,

həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və

ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.

7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl,

dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s.

-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid

olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A koskosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndicə

gəlmişik və s.

7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə

yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.

7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay

aman, ay haray.


Musiqi: Lost Native 3:42 Nat Keefe with The Bow Ties Kantri & Folk | Parlaq

Nə düşünürsən?