Şəkilçilərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 5

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 5. Şəkilçilərin yazılışı


5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan

sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq,

prepozisiya və s.

Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis

işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.

5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən

yazılır:

5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan

şəkilçilər:

-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati,

Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə

şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi,

kütləvi və s.;

-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari

və s.;

-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;

-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;

-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng

qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan,

Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə

şəkilçi olduğu kimi qalır: Gürcüstan;

-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;

-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;

5.2.2. iki cür yazılan şəkilçilər:

kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən

sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən,

sürüşkən, deyingən və s.;

-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;

5.2.3. dörd cür yazılan şəkilçilər:

-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü

və s.;

sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı,

narıncı, çərkəzi, armudu, gümüşü və s.;

saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır:

bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.

5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:

5.3.1. kar samitlə bitən sözlərdə:

-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;

-qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun,

ötkün və s. ;

5.3.2. cingiltili samitlə bitən sözlərdə:

-ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.;

-ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün

və s.

5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal

şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də,

5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə

sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-

cı, 10-cu.

5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V,

onuncu – X və s.


Musiqi: Hanging Out 4:51 Bruno E. Hip Hop & Rep | Sakit

Nə düşünürsən?