Alınma sözlərdə samitlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 3

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 3. Alınma sözlərdə samitlərin yazılışı


3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert,

lisey, kulminasiya, aksiya, sement, sirk və s.;

Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər

istisnadır.

3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və

s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets,

Vorontsov və s.) yazılır.

3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin

yazılışında aşağıdakı qaydalar əsas götürülür:

3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş

yazılır: Şedrin, Şerba, Şors, borş və s.;

3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan,

Vereşşagin və s.

3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa,

Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen,

hippodrom, hospital, humanizm və s.

3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n]

kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz,

İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.

3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır:

Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.

3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium,

maqnezium, natrium və s.

3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London,

cemper, Siciliya və s.

3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə

yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya,

gigiyena, etimologiya, gitara və s.

3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt,

Vilyam, vörd və s.

3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q

hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və

s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi

qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi,

üfüqə və s.


Musiqi: Price Check NEW 3:31 Freedom Trail Studio Rəqs & Elektron | Rəqs üçün

Nə düşünürsən?