Alınma sözlərdə saitlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 2

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 2. Alınma sözlərdə saitlərin yazılışı


2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə

tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec,

kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema,

poeziya, problem, professor, solist, velosiped və s.

2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz

olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır:

külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid,

mürşid, müsibət və s.

Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi

ilə yazılır.

2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır:

bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.

2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:

2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik,

fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem,

lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem,

sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi

yazılmır;

Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan

aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də

atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.

2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma,

poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a

yazılır.

2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:

2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif,

isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif,

şeir, şəkil, zehin və s.;

2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn,

hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv,

zülm və s.


Musiqi: Sky Skating NEW 3:36 Geographer Rəqs & Elektron | Ruhlandırıcı

Nə düşünürsən?