Azərbaycan mənşəli sözlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 1

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 1. Azərbaycan mənşəli sözlərin yazılışı


1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli

sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin,

günəş, qoşun, oğul, qaranquş və s.

1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan

mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq,

qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan

şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın,

qonağımız və s.

1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan

mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik,

üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi

qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim,

üzüyün və s.

Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə

saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir:

əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.

1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı

Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd,

söyüd və s.

1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c

hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.


Musiqi: Barely Small NEW 3:18 Freedom Trail Studio Kantri & Folk | Kədərli

Nə düşünürsən?