“Eurovision-2020”nin rəsmi sloqanı açıqlandı

  • 26.10.2019
  • 0

 Gələn il Niderlandın Rotterdam şəhərində baş tutacaq "Eurovision” mahnı müsabiqəsinin rəsmi sloqanı açıqlanıb.


Sfera.az  xəbər verir ki, müsabiqənin rəsmi Yutub kanalında yerləşdirilən videoda ilk dəfə "Eurovision-2020”nin sloqanı - "Open Up!” ("Açıl!”) səsləndirilib.


 

"Open Up!” şüarı məqsədli şəkildə natamam səslənir: bir-birimizə açılaq. Musiqiyə açıl. Rotterdama açıl. Seçəcəyiniz hər şeyə açıq olun - şüarı özünüzəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin”, - "Eurovoision TV” müsabiqənin icraçı prodüseri Sits Bakkerin sözlərini sitat gətirir.  


Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın "Rotterdam Ahoy” arenasında keçiriləcək.

Nə düşünürsən?